Avtomobil aşdı, sürücü öldü

скачанные файлыHacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

Hacıqabul rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən saat 21:00 radələrində Hacıqabul-Şirvan magistralının birinci kilometrliyində qeydə alınıb.

Şirvan sakini, 1985-ci il təvəllüdlü Abbasov Ağababa Rasim oğlunun idarə etdiyi “Mercedec” markalı 42-BP-923 dövlət nömrə nişanlı avtomobil yoldan çıxararaq aşırıb. Müxtəlif bədən xəsarətləri alan sürücü Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.