Qurban Qurbanov onun satılmasını istəmir

media-hightechnic-468x90

“Qarabağ” adı Braziliyanın “Vitoriya” klubu ilə hallanan Mateus Silva ilə bağlı qərarını verib.

Yenicag.az Futbolpress.az-a istinadla xəbər verir ki, “atlılar” 28 yaşlı müdafiəçini mövsümün sonuna kimi saxlamaq niyyətindədir. Baş məşqçi Qurban Qurbanov müdafiənin həm cinahında, həm də mərkəzində oynamağı bacaran Silvanın satılmasına qarşıdır.

“Sambaçı“ya hələlik real təklif yoxdur. Şifahi maraq göstərən “Vitoriya” “Qarabağ“la rəsmi təmasa keçməyib.

Mateus 2023-cü ilin sentyabrında Bolqarıstanın “Lokomotiv” klubundan “Qarabağ“a keçib. O, bumövsüm 23 oyunda 1 qol vurub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa