Axısxa türklərinin gələcəyi: "9 ölkəyə səpələnmiş bir türk toplumu olaraq bu günə gəlib çıxmışıq"

media-hightechnic-468x90

“Çətin günlərdən sonra Axısxa türkləri mədəniyyət mərkəzləri və qeyri-hökumət təşkilatları yaradaraq gələcək nəsillərin öz adət-ənənələrini unutmamaları üçün ardıcıl şəkildə fəaliyyət göstəriblər”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin paytaxtı Ankara şəhərində təşkil olunan “Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı”nda çıxışı zamanı Dünya Axısxa Türkləri Birliyinin baş katibi Fuad Uçar deyib.

Axısxa türklərinin keşməkeşli həyat yolundan söz açan baş katib diqqətə çatdırıb ki, axısxa türkləri çox zaman bir türk boyu və ya türkdilli bir xalq kimi təqdim olunur:

“Amma bu, tamamilə doğru deyil. Axısxa türkləri Anadolu türklərinin eynisidir. Sadəcə şəhərin adı unudulmasın deyə “Axısxa” sözü önə əlavə olunub. Bu səbəbdən onlar Anadolu türklərinin bir parçasıdır. 1944-cü ildə Stalinin əmri ilə bir gecədə qəfil şəkildə Orta Asiyaya – Qazaxıstan və Qırğızıstana sürgün edilən, təxminən 100 min nəfərdən ibarət bu məzlum türk toplumunun 1 aylıq yolda 20 mindən çox nümayəndəsi həyatını itirib. Daha sonrakı illərdə isə yayılan yoluxucu xəstəliklər səbəbindən minlərlə insanımız dünyasını dəyişib”.

“İllər sonra onlara müəyyən azadlıqlar tanınsa da, 1989-cu ildə Özbəkistandakı Fərqanə hadisələrindən sonra ikinci bir sürgün dalğası başlayıb. Bu dəfə də insanlar Rusiya, Ukrayna və ondan əvvəl Azərbaycana köç etməyə məcbur olublar. 2004-cü ildən sonra isə ABŞ və Türkiyə başda olmaqla, ümumilikdə 9 ölkəyə səpələnmiş bir türk toplumu olaraq bu günə gəlib çıxmışıq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600