Paşinyanın partiyasında ANARXİYA: Avanesyanın namizədliyi ətrafında XAOS

media-hightechnic-468x90

Ermənistan hakimiyyətin daxilində böyük bir qrup Ermənistanın səhiyyə naziri Anahit Avanesyanın “Vətəndaş müqaviləsi” (VM) partiyasının yeni idarə heyətinə üzv seçilməsinin qarşısını almağa çalışır.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Avanesyanın ətrafında ciddi narazılıq və gərginlik yaranıb, onun partiya rəhbərliyinə daxil olmasına qarşı çıxan geniş qüvvə formalaşıb.

Bununla belə, nazir öz namizədliyini aktiv şəkildə təbliğ edir, VM-in iclaslarında və Baş nazir Nikol Paşinyanın iştirak etdiyi tədbirlərdə fəal görünür.

VM üzvləri iddia edirlər ki, Avanesyan “inqilab günlərində” proseslərdə iştirak etməyib, passiv mövqe sərgiləyib və partiya elitasında yer almaq haqqına sahib deyil. Lakin yayılan məlumatlara görə, o, Paşinyanın dəstəyini qazana bilib və bu, ona “yaşıl işıq” açır.

Avanesyanın 20 sentyabrda keçiriləcək seçkidə partiyanın yeni idarə heyətinə üzv seçilib-seçilməyəcəyi hələlik sual altındadır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa