Dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

media-hightechnic-468x90

Dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Yenicag.az-a  DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 2 nəfər polisə müraciət edərək ümumilikdə 14560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini bildiriblər.

Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3500 manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini 31 yaşlı A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa