Xalq artistinin evində ŞADYANALIQ: “Çox həyəcanlıyam”
“Çox həyəcanlıyam. Toy etmək, hamının qarşısına yaxşı çıxmaq çox çətindir. Valideyn kimi bu borcumdan da çıxmalıyam”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa, Xalq artisti Səidə Quliyeva “Günə uğurla” verilişində deyib.
O, aparıcının “Səidə xanım necə qayınana olacaq” sualını da cavablandırıb:
“Məni tanıyan, istəyən insanlardan soruşsanız, onlar deyə bilər, necə qaynana ola bilərəm. Gəlindən, bəydən çox şey asılıdır. Böyüklərə hörmət, qayğı lazımdır. Bu da qarşılıqlı olacaq”.
Qeyd edək ki, aktrisanın bir övladı var. Toy sentyabrın 24-də baş tutacaq.
Nehru