Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edildi

media-hightechnic-468x90

Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) qablaşdırmaya dair 12 yeni dövlət standartı qəbul edib.

Yenicag.az AZSTAND-a istinadən xəbər verir ki, bunlar, aşağıdakılardır:

AZS EN 13193:2025 “Qablaşdırma – Qablaşdırma və ətraf mühit – Terminologiya”;
AZS EN 13427:2025 “Qablaşdırma – Qablaşdırma və qablaşdırma tullantıları sahəsində Avropa Standartlarının tətbiqinə dair tələblər”;
AZS EN 13428:2025 “Qablaşdırma – İstehsal və tərkiblə bağlı xüsusi tələblər – Mənbələrin azaldılması yolu ilə qabaqlayıcı tədbirlər”;
AZS EN 13431:2025 “Qablaşdırma – Enerjinin bərpası məqsədilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər, o cümlədən minimal istilik törətmə qabiliyyətinin müəyyən edilməsi”;
AZS EN 13432:2025 “Qablaşdırma – Kompost hazırlanması və biodeqradasiya yolu ilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər – Qablaşdırmanın yekun məqbulluğu üçün sınaq sxemi və qiymətləndirmə meyarları”;
AZS EN 13437:2025 “Qablaşdırma və materialın təkrar emalı – Təkrar emal üsullarına dair meyarlar – Təkrar emal proseslərinin təsviri və blok-sxemi”;
AZS EN 13439:2025 “Qablaşdırma – Enerjnin bərpa olunma dərəcəsi – Tərif və hesablama üsulu”;
AZS EN 13440:2025 “Qablaşdırma – Təkrar emal dərəcəsi – Tərif və hesablama üsulu”;
AZS EN 14045:2025 “Qablaşdırma – Verilmiş kompostlama şərtlərində qablaşdırma materiallarının praktikada tətbiq edilməsi mümkün olan sınaqlar çərçivəsində parçalanmasının qiymətləndirilməsi”;
AZS EN 14046:2025 “Qablaşdırma – Nəzarət edilən kompostlama şərtlərində qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin və parçalanmasının qiymətləndirilməsi – Ayrılan karbon qazının analizinə əsaslanan metod”;
AZS EN 14047:2025 “Qablaşdırma – Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi – Formalaşan karbon qazının analizinə əsaslanan metod”;
AZS EN 14048:2025 “Qablaşdırma – Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi – Qapalı respirometrdə oksigen tələbatının ölçülməsinə əsaslanan metod”.
Bu standartların tətbiqində əsas məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsi, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.

Yeni dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) qəbul edilib, AZSTAND onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa