Azərbaycanın sığorta bazarı 13 %-ə yaxın böyüyüb

media-hightechnic-468x90

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb.

media-banner_tkm

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,25 % çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,8 manat olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05