“Bağırov” körpüsündə vəziyyət nə yerdədir? - VİDEO

media-hightechnic-468x90

“Bağırov” körpüsünün üzərində görülən işlərin son vəziyyəti açıqlanıb.

Yenicag.az xəbər verir ki, iş icraçıları Xəzər TV-yə bildiriblər ki, dəmir yolu xətlərinə toxunulmadan ətraf ərazilər təmir edilir. Hazırda yol yatağı üzərində beton konstruksiyalar, bərkitmə işləri görülür.

Metronun ”Koroğlu” stansiyası istiqamətində işlər yekunlaşdıqdan sonra, körpü üzərindən Heydər Əliyev Mərkəzi istiqamətində geridönmədə hərəkət tam məhdudlaşdırılaraq təmir işlərinə başlanacaq.

Qeyd edək ki, ”Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyəti tərəfindən ayın 12-i səhər saatlarından körpünün üzərindəki geriyə dönmədə təmir işlərinə başlanıb.

Ümumilikdə işlərin 10 günə başa çatdırılması planlaşdırılır.

Ətraflı süjetdə:

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa