Bakıda qardaş bacısını yumruqla öldürdü

media-hightechnic-468x90

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Məlahət Vaqif qızı Əfəndiyevanın yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Azər Vaqif oğlu Əfəndiyev polisə gələrək təslim olub.

O, saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600