Bakıda sentyabrın 28-i və 29-da yağan intensiv yağışlardan sonra paytaxtın bəzi ərazilərində yol təsərrüfatına da ziyan dəyib.
Senytabrın 30-na keçən gecə yağan yağışdan sonra Mehdi Hüseyn küçəsində yolun bir hissəsi çöküb. Yolla hərəkət edən nəqliyyat vasitələrinin çökəyə düşməməsi üçün hadisənin baş verdiyi ərazinin ətrafına xırda qum kisələri düzülüb.(milli)