Maska”nın aktyoru evində ölü tapıldı
Kriminal qiraət” və “Maska” kimi məşhur filmlərdə canlandırdığı mənfi rollarla tanınan aktyor Piter Qrin vəfat edib
Yenicag.az xəbər verir ki, aktyor 60 yaşında dünyasını dəyişib. O, ötən gün Manhettendəki mənzilində ölü tapılıb. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Piter Qrin aktyorluq karyerasına 1990-cı ildə NBC kanalında yayımlanan “Hardball” kriminal serialında rol alaraq başlayıb. Onun kinoda ilk böyük rolu isə 1992-ci ildə Edie Falko ilə birgə çəkildiyi “Cazibə qanunları” filmi olub.
Aktyorun karyerası qısa müddətdə sürətlə yüksəlib. O, 1993-cü ildə baş rolda çəkildiyi “Təmiz, qırxılmış” filmi ilə diqqət çəkib. Sözügedən ekran işi 1994-cü ildə Kann Film Festivalında nümayiş olunub.
1994-cü ildə Piter Qrin iki böyük layihədə rol alıb. O, Kventin Tarantinonun “Krimonal qiraət” filmində Zed obrazını canlandırıb. Film həmin il Kann Film Festivalında “Qızıl palma budağı” mükafatına layiq görülüb. Eyni ildə aktyor Cim Kerri ilə birgə çəkildiyi “Maska” filmində “Dorian Tayrell” rolunu ifa edib.












