Boks millimiz dünya çempionatında ilk beşliyə düşdü

media-hightechnic-468x90

Azərbaycanın boks üzrə milli komandası IBA-nın BƏƏ-nin Dubay şəhərində keçirdiyi dünya çempionatını ümumi komanda hesabında dördüncü pillədə başa vurub.

Yenicag.az xəbər verir ki, azərbaycanlı boksçular yarışda üç medal qazanıblar – bir qızıl, iki bürünc. Bu nəticə komandaya dünya çempionatının ilk beşliyi arasında yer almağa imkan verib.

Ümumi komanda hesabının qalibi yeddi qızıl, beş gümüş və bir bürünc medal qazanan Rusiya millisi olub. İkinci yeri üç qızıl, bir gümüş və iki bürünc medalla Qazaxıstan tutub. Üçüncü pillədə isə iki qızıl, dörd gümüş və üç bürünc medal qazanan Özbəkistan qərarlaşıb.

Beləliklə, Azərbaycan millisi turnirin yalnız üç aparıcı boks dövləti ilə mübarizədə geri qalaraq dünya səviyyəsində yüksək nəticə nümayiş etdirib. 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa