Yaponiya Qəzzaya mülki mütəxəssislər göndərəcək

media-hightechnic-468x90

Yaponiya hökuməti Qəzza zolağında atəşkəsin monitorinqi üçün ABŞ-ın təşəbbüsü ilə yaradılmış koordinasiya mərkəzində işləmək üçün mülki mütəxəssislər göndərməyi planlaşdırır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.

Nəşrin Yaponiya hökumətindəki mənbələrinə görə, mərkəzin fəaliyyətində yalnız humanitar sahədə iştirak gözlənilir. Yaponiya komandası beynəlxalq humanitar təşkilatlar və QHT-lərdə çalışan, xüsusilə infrastrukturun bərpası üzrə ixtisaslaşmış regional mütəxəssislərdən ibarət olacaq.

Atəşkəsdən sonra İsrailin cənubunda, Qəzza sərhədinin yaxınlığında mülki-hərbi koordinasiya mərkəzi yaradılıb. Mərkəz, kəşfiyyat dronları və beynəlxalq təşkilatlar daxil olmaqla müxtəlif mənbələrdən Qəzzadakı vəziyyətlə bağlı real vaxt rejimində məlumat toplayacaq. ABŞ-ın rəhbərlik etdiyi mərkəzdə 40-dan çox ölkə və təşkilatın nümayəndələrinin iştirak edəcəyi bildirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05