Bakıdan Moskvaya SƏRT MESAJ: "Təyyarəmizi vuran cinayətkarlar mütləq cəzalanacaq"

media-hightechnic-468x90

“Təyyarə qəzasında günahı olanlar cəzalanana qədər mübarizəmiz davam edəcək”

Milli Məclisin deputatı Hikmət Babaoğlu Qroznı səmasında bir il öncə qəzaya uğrayan AZAL təyyarəsi haqqında Yenicag.az-a danışıb:

media-318227

“Bir il öncə Rusiya hava məkanında Azərbaycana məxsus təyyarənin vurulması bir neçə ailənin faciəsinə çevrildi. Bu hadisə Rusiya–Azərbaycan münasibətlərinin gərginləşməsinə səbəb oldu. Eyni zamanda AZAL şirkətinə və ümumən Azərbaycan aviasiyasına ciddi ziyan vuruldu”.

Deputat hadisə baş verən gündən etibarən Azərbaycan hökumətinin göstərdiyi qətiyyətdən bəhs edərək, Rusiyadan da eyni qətiyyəti göstərməyi tələb edib:

“Bu müddət ərzində Azərbaycan dövləti daim vətəndaşlarının yanında oldu. Çox təəssüf ki, biz Rusiyadan adekvat addım görmədik. Halbuki baş verən hadisə qəza deyildi, düşünülmüş şəkildə törədilmiş cinayət idi. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti sona qədər hadisənin obyektiv əsaslarla aydınlaşması üçün bütün imkanlardan istifadə etdi. Həqiqətin ortaya çıxması üçün xüsusi komissiya yaratdı, eyni zamanda komissiyaya xarici ekspertlərin cəlb olunması üçün mümkün bütün vasitələrdən istifadə olundu. ‘Qara qutu’nun neytral tərəfdə obyektiv oxunub araşdırılması üçün əlindən gələni etdi.

Bu, Azərbaycan Prezidentinin daima vətəndaşlarının mövqeyindən çıxış etməsi, vətəndaşların mənafeyini qoruması, prezident kimi öz vətəndaşlarının təhlükəsizlik məsələsinin onun üçün nə qədər həssas olduğunun göstəricisi idi. Ona görə də düşünürəm ki, gec-tez bütün bu proseslər mütləq öz məntiqi yekununa çatacaq. Həm aviasiya şirkətimizə dəymiş zərər ödəniləcək, həm də Azərbaycan vətəndaşlarına qarşı cinayət törədənlər mütləq öz cəzasını tapacaq. Əks təqdirdə Azərbaycan yenə də sona qədər öz mövqeyini müdafiə edəcək, haqlı mövqeyindən çıxış edərək bütün platformalarda öz haqqını axtaracaq. Odur ki, nə qədər tez bu hadisə ilə bağlı etiraflar gələrsə, hadisəni törədən cinayətkarlar cəzalandırılarsa, bir o qədər yaxşı olar”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa