Bakının bu küçələrində sıxlıq var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. Heydər Əliyev prospekti kənar yol, “Koroğlu” metro stansiyası istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
8. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;
9. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;
10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
13. Zərifə Əliyeva küçəsində;
14. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.