Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları - SİYAHI

media-hightechnic-468x90

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artaraq 17 milyard 394,8 milyon manat olub.

Bu barədə Yenicag.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Məlumata görə, cari ilin I yarımilində ən yüksək pərakəndə ticarət dövriyyəsi Nəsimi rayonunda qeydə alınıb. Bu dövrdə Nəsimidə 2 milyard 794.1 milyon manatlıq məhsul satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.7% çoxdur.

Bu siyahıda ikinci yerdə Nizami rayonu gəlir. Belə ki, Nizamidə pərakəndə ticarət dövriyyəsi 1 milyard 995.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4% çoxdur.

Üçüncü yerdə isə Xətai rayonu dayanır. Cari ilin yanvar-iyul aylarında Xətai rayonunda pərakəndə ticarət dövriyyəsinin həcmi 1 milyard 929.7 milyon manat olub ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 4.9% çoxdur.

Pərakəndə ticarət dövriyyələrinin ən yüksək artım faizi Pirallahı (161% artım) və Nəsimi ( 10.7% artım) rayonlarında, azalma faizi isə Sabunçu ( 0.1% azalma) rayonunda qeydə alınıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 9 milyard 609,4 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 11,9 faiz artaraq 7 milyard 785,4 milyon manata bərabər olub.

Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə pərakəndə ticarət dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb azalma faizləri verilib./apa

Bakının rayonları Ticarət dövriyyəsi, min manatla Əvvəlki dövrlə müqayisədə (Faizlə)
Nəsimi 2794109,5 10,7% artıb
Nizami 1995184,7 3,4% artıb
Xətai 1929695 4,9% artıb
Qaradağ 1849457,3 3,2% artıb
Nərimanov 1780412,3 6,9% artıb
Sabunçu 1728217,1 0,1% azalıb
Yasamal 1439242,1 2,4% artıb
Səbail 1357370,2 2% artıb
Binəqədi 1323946,9 2,1% artıb
Suraxanı 708248,6 0,1% artıb
Xəzər 466939,5 9,3% artıb
Pirallahı 21956,1 161% artıb

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa