Bayden Zelenskiyə Ukraynanın NATO-ya üzv olmayacağını deyibmiş
Ukrayna prezidenti Volodimir Zelesnki və ABŞ-ın sabiq prezidenti Co Bayden
Co Bayden ABŞ prezidenti olarkən ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynanın NATO-ya üzv olmayacağını deyibmiş.
Yenicag.az xəbər verir ki, Zelenski bu barədə Avropa İttifaqı Şurasındakı çıxışında danışıb.
“Co Baydenlə ilk dialoqumda ondan Ukraynanın NATO-ya qoşulub-qoşula bilməyəcəyini soruşdum. Çünki biz bunu istəyirik və başa düşürük ki, bunlar real təhlükəsizlik zəmanətləridir. Prezident Bayden mənə “Yox, siz NATO-da olmayacaqsınız” cavabını verdi. Mən bu məsələni dəfələrlə qaldırmışam və Ağ Evdə bəzi insanlar mənə gülümsəyiblər, başqa cür reaksiya veriblər”, – Zelenski qeyd edib.












