BDU-ya qəbul olanların qeydiyyatı bu tarixdə başlayacaq

media-hightechnic-468x90

Avqustun 28-də Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

BDU-nun mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, abituriyentlər portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 8-də saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan abituriyentlər tələbələr sırasına qəbul edilməyəcəklər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa