Bərdədə usta faciəli şəkildə ÖLDÜ

media-hightechnic-468x90

Bərdə rayonunda müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün Bərdə rayonu, Gərənə kəndi ərazisində baş verib.

Belə ki, kəndin ərazisində müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vurub. Nəticədə usta hündürlükdən yıxılıb. O, ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq ustanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa