Bu gün qəbul imtahanı keçirilir

media-hightechnic-468x90

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunub:

– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

– xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilir.

Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

“İmtahana buraxılış vərəqəsi”ni;

– şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan abituriyentlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 20 180 (Bakıda 9435, Naxçıvanda 985, Gəncədə 2608, Şəkidə 1037, Bərdədə 1339, Göyçayda 848, Şirvanda 1308, Lənkəranda 1565, Xaçmazda 1055) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 44 ümumi imtahan rəhbəri, 145 imtahan rəhbəri, 1665 nəzarətçi-müəllim, 44 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, I,II,III və IV qruplar üzrə qəbul imtahanında iştirak etmək istəyən əvvəlki illərin məzunlarının nəzərinə çatdırırıq ki, onlar mütləq aprelin 28-də qəbul imtahanının birinci mərhələsində iştirak etməlidirlər. Bu imtahanda iştirak etməyənlər qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar.

media-ziraat-728x90

Bu gün qəbul imtahanı keçirilir

media-hightechnic-468x90

wwwwwwwTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

TQDK-dan verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada keçirilir. İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 18 773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13 856 abituriyent I qrup üzrə, 4917 abituriyent isə IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 17 551 nəfəri (I qrup üzrə 12 876 nəfər, IV qrup üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222 nəfəri (I qrup üzrə 980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11 923 nəfəri (I qrup üzrə 8709 nəfər, IV qrup üzrə 3214 nəfər) oğlan, 6850 nəfəri (I qrup üzrə 5147 nəfər, IV qrup üzrə 1703 nəfər) isə qızdır.

16 810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı ildəndir.

Bakı şəhərində 9257, Naxçıvanda 1156, Gəncədə 2181, Sumqayıtda 1461, Mingəçevirdə 704, Şəkidə 701, Ağcabədidə 517, Göyçayda 644, Şirvanda 567, Lənkəranda 891, Xaçmazda isə 694 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600