!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, İrana xəbərdarlıqdır" - İsrailin Rəisini terrorçu adlandırmasına ŞƏRH

!Reklam – Yazi

“Dünyanın bir çox aparıcı dövlətləri – ABŞ, İsrail və digərləri İranı terroru dəstəkləyən ölkə kimi tanıyır”.

Bu fikri son zamanlar İranın neft tankelərinə hücum etməsi, İsrailin İran prezidenti İbrahim Rəisini terrorçu adlandırmasını şərh edən keçmiş dövlət katibi Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, İran Rəisinin hakimiyyətə gəlişindən sonra açıq şəkildə terroru dəstəkləyən ölkə kimi davanır:

“İranın tankerlərə PUA-lardan atəş açması iddiaları məncə həqiqəti əks etdirir. Hər halda bu dəqiq yoxlamaların və incələmələrin sonunda çıxan informasiyadır. İran özünün terrorçu reputasiyasını Suriyada, İraqda göstərdi. Bu gün də göstərməkdədir. İran terrorçu, faşist dövlət olan Ermənistana yardım göstərməklə nəinki müsəlman ideyalarına, ümumiyyətlə, bəşəri ideyalara müftiliyini göstərdi. Bu nöqteyi nəzərdən Rəisi prezident seçiləndən dərhal sonra xoşa gəlməyən bəyanatlar səsləndirməyə başladı.

Bütün bunları nəzərə alaraq söyləmək olar ki, İsrailin İranla bağlı fikirləri həqiqətə yaxındır. İranın vurulması barədə ABŞ-la əldə edilmiş razılaşmalar da, zənnimcə, İrana xəbərdarlıq xarakteri daşıyır. İran özünü yığışdırmasa, onun üçün arzuolunmaz nəticələr olacağı labüddür”.

Səxavət Məmməd 

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv