Bu metronun qarşısında işıqforlar quraşdırıldı
Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində 2 ədəd işıqfora yeni piyada bölmələri quraşdırılıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bununla da metronun “Elmlər Akademiyası” stansiyasından istifadə edən şəxslərin daha çox üstünlük təşkil etdiyi bu kəsişmədə piyadalar üçün təhlükəli vəziyyətin yaranmasının qarşısı alınıb.
Həmçinin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində də 2 ədəd əlavə dirəklər olmaqla, 4 ədəd piyada işıqforu quraşdırılıb.