Bu ölkənin keçmiş baş naziri 15 il azadlıqdan məhrum edild edildi

media-hightechnic-468x90

Malayziyada məhkəmə ölkənin keçmiş baş naziri Nəcib Tun Razakı 1MDB dövlət fondundakı korrupsiya sxemləri işi üzrə 15 il həbsə və 11.4 milyard rinqqit (təxminən 3 milyard ABŞ dolları) məbləğində cəriməyə məhkum edib.

media-banner_tkm

Yenicag.az bu barədə “The Star” nəşrinə istinadən xəbər verir.

72 yaşlı Nəcib Razak 2009-cu ilin aprelindən 2018-ci ilin mayınadək Malayziyanın baş naziri vəzifəsini tutub. Həmin ilin iyulunda o, korrupsiya şübhəsi ilə saxlanılıb.

2020-ci ildə Malayziya Ali Məhkəməsi onu 1MDB dövlət fondundakı korrupsiya qalmaqalı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında təqsirli bilib.

O zaman Nəcib Razak 12 il həbs və təxminən 44 milyon dollar cəriməyə məhkum edilmişdi. 2024-cü ildə cəza müddəti altı ilə (23 avqust 2028-ci ilədək), cərimə isə ilkin məbləğin dörddə birinə qədər azaldılmışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05