Bu sual ilahiyyatçını özündən çıxardı
Türkiyənin tanınmış alimi, professor, ilahiyyatçı Nihat Hatipoğlu canlı yayımda əsəblərini cilovlaya bilmədi.
Yenicag.az xəbər verir ki, Türkiyənin ATV telekanalında “Dosta doğru” proqramı zamanı verilən sual ilahiyyatçını özündən çıxarıb. Veriliş zamanı ona ünvanlanan suallardan birində deyilirdi: “Həzrəti Həmzəni öldürən vəhşiyə “Həzrət” demək doğrudurmu?”.
Hatipoğlu isə cavabında “Əlbəttə, deyilməlidir. Sənin nə həddinə ki, onun haqqında belə danışırsan?! Ədəbli olmaq lazımdır. Hətta keçən veriliş zamanı biz onun haqqında danışanda “Həzrəti Vəhşi” deyə danışmışdıq. O da peyğəmbərin səhabələrindən olub. Qoyun o, hesabı Allaha versin”, – deyə cavab verib.