Cani məhkəmədən qaçdı

media-hightechnic-468x90

69768Rusiyanın Volqoqrad şəhərinin Traktorzavodsk rayon məhkəməsindən Həsənov familiyalı təhlükəli cani qaçıb.

49 yaşlı Azərbaycan vətəndaşı xüsusi qəddarlıqla qətl törətmək, qanunsuz silah saxlamaq ittihamları ilə təqsirli bilinərək 15 il həbs cəzasına məhkum edilib.

Məhkum həbs cəzası başa çatdıqdan sonra onu Azərbaycana deportasiya etmək üçün məhkəməyə aparıblar. Məhkəmədə azərbaycanlı cinayətkarın Azərbaycana deportasiyası üçün sənədlərin tərtib edilməsi zamanı Həsənov məhkəmə nəzarətçilərinin səhlənkarlığından istifadə edərək qaçıb.

Həsənovun kamera yoldaşlarının bildirdiyinə görə, o, həbsdə qaldığı bütün müddət ərzində Volqoqrad şəhərində kimdənsə qisas almaq barədə planlar qururdu. Hüquq-mühafizə orqanları onun barəsində axtarış elan edib, əhaliyə ehtiyatlı olmaq barədə xəbərdarlıq olunub və şübhəli şəxs gördükdə polisə xəbər vermək xahiş edilib(ans).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa