Çində dünyada ilk dəfə 6 tonluq konvertoplan uçuş həyata keçirtdi
Çinin 6 ton ağırlığında olan “Lanying R6000” konvertoplanı Sıçuan vilayətində ilk uçuşunu həyata keçirib.
Yenicag.az “Xinhua”ya istinadən xəbər verir ki, konvertoplan “China’s United Aircraft” şirkəti tərəfindən hazırlanıb.
“Lanying R6000” konvertoplanının faydalı yükü 2 tondur. Bu isə oxşar çəkili helikopterlərin göstəricilərindən əhəmiyyətli dərəcədə çoxdur. Onun kreyser sürəti saatda 550 km, maksimum uçuş məsafəsi isə 7 620 m yüksəklikdə 4 000 km-ə qədərdir (helikopterlərdən iki dəfə çox).
“Global Times”da isə bildirilib ki, konvertoplan çətin əlçatan ərazilərdə hərəkət və yük daşınması üçün istifadə oluna bilər. “Lanying R6000″ün təcili tibbi yardım göstərilməsi, xilasetmə əməliyyatları, yanğınsöndürmə, patrul və s. üçün istifadəsi gözlənilir./Report/












