Çində ilk dəfə gəmi əleyhinə hipersəs raketin sınaqları nümayiş olundu
Çin Silahlı Qüvvələri “Wuxi 055” tipli esminesin iştirakı ilə YJ-20 (YingJi-20) gəmi əleyhinə hipersəs raketini sınaqdan keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Global Times” nəşri məlumat yayıb.
Məlumata görə, rəsmi mətbuat gəmi əleyhinə hipersəs raketin hərbi esminesdən atıldığını ilk dəfə nümayiş etdirib.
Bildirilir ki, raket gəminin arxa hissəsində yerləşən şaquli buraxılış platformasından atılıb. Çin hərbçilərinin məlumatına görə, raket hədəfə uğurla dəyib./Oxu/












