Daha bir məşhur aktyor vəfat etdi

Otuz ildən çoxdur “Gənc və cəsarətli” serialında patriarx Con Abbott rolunu oynayan Cerri Duqlas vəfat edib. 

Yenicag.az xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Duqlas “Mannix”, “Polis qadın”, “Mümkünsüz tapşırıq”, “Rockford faylları”, “Soyuq qutu” seriallarında, “Ən əziz anam”, “Uçqun” və “Oliver Stoun” kimi filmlərdə rol alıb.