“Delta Capital” və “Zuhur” MMC-nin lisenziyası dayandırıldı

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı (AMB) iki valyuta mübadiləsi məntəqəsinin (“Delta Capital” MMC və “Zuhur” MMC) lisenziyalarının qüvvəsini 1 ay müddətinə dayandırıb.

Bu barədə Yenicag.az-a AMB-dən bildirilib.

Məlumata görə, AMB tərəfindən “Delta Capital” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 4.10-cu və 5.2-ci bəndlərinin tələblərinin pozulması, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü, 3.6-cı, 4.7-ci, 6.3-cü və 7.3-cü bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilmişdir. Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Delta Capital” MMC-yə verilmiş 08.12.2021-ci il tarixli, VMF-02 nömrəli lisenziyanın qüvvəsi 28.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.

“AMB tərəfindən “Zuhur” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 4.7-ci bəndinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilmişdir. Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Zuhur” MMC-yə verilmiş 15.03.2022-ci il tarixli, VMF-03 nömrəli lisenziyanın qüvvəsi 28.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb” – məlumatda qeyd edilib.

 

 

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa