Dəmiryol Vağzalında parklanma xidməti bu tarixdə dayandırılacaq
“Bakı Metropoliteni” QSC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar olaraq 18 avqustdan Bakı Dəmiryol Vağzalının sərnişinlər üçün qarşılama və yola salma xidməti göstərən avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
“Qeyd olunan tarixdən etibarən ADY-nin sərnişinləri vağzalın ətrafında, Xətai prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Azparkinq” dayanacaqlarından istifadə edə bilərlər”, – məlumatda bildirilib.