DTX əməliyyat keçirdi – Muzeyin direktoru vəzifəsindən çıxarıldı, həbs olundu

Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu vəzifəyə Rövlan Əliyev təyin olunub.

Musavat.com-un məlumatına görə isə, Müasir İncəsənət Muzeyinin sabiq rəhbəri Xəyyam Abdinov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Əldə edilən məlumata görə, Xəyyam Abidinovun barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.