“National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 1 May – Beynəlxalq Əmək Günü münasibətilə paylaşım edib.
Yenicag.az xəbər verir ki, dünya şöhrətli fotoqrafın paylaşımında Bakıdakı Alov Qüllələrinin tikintisi zamanı çəkilmiş şəkil yer alıb.
“Dünyamız hər gün çox çalışan kişilər və qadınlar sayəsində qurulur. Bu gün hər şey üçün onlara təşəkkür etdiyimiz gündür. Onların mübarizəsi və fədakarlığı hörmət və tərifə layiqdir.
Azərbaycan, Bakı, Alov Qüllələri, 23 Noyabr 2011.
Üç Alov Qülləsindən birinin dəmir skeleti içindəki inşaatçılar.
Azərbaycanın atəşpərəstlik tarixindən ilham alan şüşə göydələnlər Bakının ən hündür tikililəridir. Üç şüşə göydələnin tikintisi 2012-ci ildə tamamlandı. Hər üç bina gecə rəngini davamlı dəyişdirən LED ekranlarla örtülüdür”, – R.Deqati paylaşımına şərh yazıb.
www.yenicag.az