Əfvlə bağlı 700-dən çox müraciətə baxıldı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Bu barədə Yenicag.az-a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev bildirib ki, sayca altıncı olan sonuncu iclasda 100-dən çox müraciətə baxılıb. Toplam baxılan müraciətlərin sayı 700-ü keçib. Bundan sonra komissiya üzvlərinin rəyləri qanuna müvafiq qaydada Prezidentə təqdim ediləcək.

Qeyd edək ki, 28 May – Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

COP29