Sabah Bakıya sulu qar yağacaq – XƏBƏRDARLIQ (YENİLƏNİB)

media-hightechnic-468x90

Bakıda və Abşeron yarımadasında yanvarın 2-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yenicag.aza verilən xəbərə görə, günün birinci yarısında yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

*** 12:25

Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında yarımadanın bəzi yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən  “Unikal”a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Bildirilib ki, havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa