Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət kimi tanıdı

media-hightechnic-468x90

Əlcəzair parlamenti ölkənin 1830-1962-ci illər arasındakı Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə dəstəkləyib.

Yenicag.az bu barədə “Kommersant” nəşrinə istinadən xəbər verir.

Qanunda qeyd olunur ki, Fransa Əlcəzairdəki müstəmləkə keçmişinə və onun yaratdığı faciələrə görə hüquqi məsuliyyət daşıyır.

Qanunda Fransa müstəmləkəçiliyinin cinayətləri sadalanıb. Buraya nüvə sınaqları, məhkəmədənkənar edamlar, fiziki və psixoloji işgəncələr, habelə resursların sistematik şəkildə qarət edilməsi daxildir.

Sənəddə həmçinin bildirilir ki, Fransa müstəmləkəçiliyinin vurduğu maddi və mənəvi zərərə görə tam və ədalətli təzminatın ödənilməsi Əlcəzair dövlətinin və xalqının ayrılmaz hüququdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa