!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Elə uşaqlar var ki, məşqə "İnstagram"da şəkil paylaşmaq üçün gəlir" - Altıqat dünya çempionu

!Reklam – Yazi

Qaydasız döyüş növü üzrə altıqat dünya, ikiqat Avropa çempionu olan Cumarin Muradovun Yenicag.az saytına müsahibəsi.

– Tanımayanlar üçün Cumarin Muradov kimdir?

– İdmana 6 yaşında başlamışam. Əvvəlcə karete ilə məşğul oldum. Əlbəyaxa vuruşduğum üçün sonradan qaydasız döyüşə keçdim. 2005-ci ildə peşəkar karyerama başladım, böyüklər arasında vuruşdum. Bu illər ərzində bir sıra xarici ölkələrdə keçirilən dünya çempionatına qatıldım. Buna qədər beşqat dünya çempionu oldum. Altıncı dünya çempionluğunu da dekabrda Türkiyənin İstanbul şəhərində qazandım. İki dəfə də Avropa çempionu olmuşam.

– Yarışa fərdi şəkildə qatılırsız, yoxsa komanda adından?

– Hazırda “Uğur” idman klubunun rəhbəriyəm. Demək olar ki, 18 yaşından məşqçi kimi çalışıram. Qaradağda yerləşən “Uğur” idman klubu 2 ildir ki, mənim rəhbərliyim altında fəaliyyət göstərir. Ondan əvvəl də “Qarabağ” idman klubu adından çıxış edirdik.

– Bu idman növü ən təhlükəlilərdən hesab olunur. Ölüm riski necə faizdir?

– 27 peşəkar döyüşdə 4-5-də məğlub olmuşam. Ölüm təhlükəsi yoxdur. Təbii ki, hər bir idman növündə zədələr olur. Qaydasız döyüş o demək deyil ki, qaydası yoxdur. İdmançı fəndə düşəndə təslim olmaq istəmir. Amma buna məcbursan. Ya boğma, ya da sındırma fəndi ilə üzləşirsən.

– Pul üçün döyüşmüsüz?

– Bu, 2014-cü ildə baş verib. Döyüş Çeçenistanın Qroznı şəhərində baş tutmuşdu. 10 nəfərdən ibarət komanda idi. Bu idman növü ağır olduğu üçün döyüşcü ay ərzində cəmi 1 görüş keçirə bilər. 1500-2000 dollar verirdilər. İkinci dövrədə məğlub oldum. Bu, pul üçün döyüşdüyüm ilk və son yarış olub. Onsuz da indi idmançılara dövlət tərəfindən kifayət qədər qayğı göstərilir.

– Rəqiblərin arasında erməni olubmu?

– Erməni ilə 2011-ci ildə Macarıstanın Eql şəhərində keçirilən dünya çempionatının finalında üz-üzə gəlmişəm. Onu məğlub edib, dünya çempionu oldum. Əlbəttə ki, düşmən ölkənin təmsilçisinə uduzmaq qəbuledilməzdir. Amma nəzərə almaq lazımdır ki, bu, idmandır. Onsuz da dialoq qurmağa da vaxt olmur. Sözsüz ki, erməni idmançısına qarşı xüsusi motivasiya ilə vuruşursan.

– Qaydasız döyüş növü ilə məşğul olmağın şəxsi həyatda nə kimi üstünlükləri var?

– Əvvəla, idmanla məşğul olmaq sağlamlıqdır. O da düzdür ki, sağlam bədəndə sağlam ruh olar.

– Bəs küçə davalarında?…

– Bacardığım qədər səbrli olmağa çalışıram. Çünki qarşımdakı idmançı deyil. Aramızda fiziki güc fərqi çox böyükdür.

– Amma xarici görünüşünüzdən qaydasız döyüşlə məşğul olduğunuz hiss olunmur…

– İdmançı olduğumun kənardan bilinməsini sevmirəm. Heç bunun arzusunda da olmamışam. Küçəyə öz gücümü göstərmək üçün çıxmıram. Məşqdə də uşaqları başa salıram ki, küçədə dava etmək idmançıya yaraşmaz.

– Uşaqlar məşqə nə üçün gəlir – özlərini müdafiə etməyi öyrənmək, yoxsa?…

– Məşqə fərqli səbəblərdən gələnlər var. Bu gün elə uşaqlar var ki, məşqə “facebook”da, “instagram”da şəkil paylaşmaq üçün gəlir. Eləsi var, bədənini şişirtməyə çalışır, eləsi də var ki, peşəkar idmançı olmaq arzusundadır.

Emin Səfərov

COP29

www.yenicag.az

3074
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv