Ələt-Astara yolunda qəza: Ölən var

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Pikap” tipli avtomobil “Azsamand”la, sonra digər avtomobillə toqquşub. Zəncirvari qəza nəticəsində Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Əsədov Yunsur İnsaf oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır (report).