“Qarabağ” evdə “Araz-Naxçıvan”ı məğlub etdi

media-hightechnic-468x90

Misli Premyer Liqasının XV turunda “Qarabağ” evdə “Araz-Naxçıvan”ı məğlub edib.

Yenicag.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Toral Bayramov (30, 90+5-ci (penalti) dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.

Naxçıvan komandasında isə Ramon Maçado (76-cı dəqiqə, penalti) rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra “Qarabağ 33 xalla turnir cədvəlinə liderlik edir. 23 xala malik “Araz-Naxçıvan” isə 6-cı yerdədir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Şamaxı” “Zirə”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:1), “Kəpəz” isə “Qəbələ”ni (1:0) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa