Messinin ayağı hindistanlı “Adnan Əhmədzadə”yə də düşmədi – REPLİKA

media-hightechnic-468x90

Futbol ulduzu Lionel Messinin Hindistana səfəri qalmaqalla yadda qalıb.

Yenicag.az xəbər verir ki, Kəlkətədə azarkeşlər gözlədikləri səviyyədə Messi şousu görə bilməyiblər, narazılıq düşüb, sonda da polis tədbirin əsas təşkilatçısı Satadru Duttanı saxlayıb. Biletlərin pulunu da geri qaytarırlar ki, azarkeşlərin ürəyi bir az soyusun.

Xəbərin bizə aid olan hissəsi budur ki, Hindistanda Messini gətirən təşkilatçı həbs olunur, bizdə də Messini Bakıya gətirən Adnan Əhmədzadə həbsdədir.

Deyəsən, Messinin ayağında nəsə var – adamın zərbəsi qapıya yox, birbaşa təşkilatçıların taleyinə gedir. Əli və ya ayağı kimə dəyirsə, ya polis çağırılır, ya da prokuror. Hindistanda azarkeşlərin pulunu qaytarırlar, bizdə isə elə bil “VAR”a baxırlar – hələ qərar açıqlanmayıb.

Qısacası, Messi dünya turuna çıxıb, amma sanki hər ölkədə yanında bonus kimi bir “cinayət işi” də aparır.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa