Elm və Təhsil Nazirliyində apellyasiya SKANDALI – Kimya müəllimlərini belə ƏLƏ SALIRLAR

media-hightechnic-468x90

 

Elm və Təhsil Nazirliyi yanında Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) kimya müəllimlərinin apellyasiya şikayətlərini şablon cavablarla rəsmiləşdirməyə başlayıb. Məsələ ilə bağlı müəllimlər və ictimaiyyət bu addımı ciddi tənqid edirlər.

Yenicag.az xəbər verir ki, ARTİ tərəfindən bütün müraciətlərə eyni məzmunlu cavab verilməsi, apellyasiya şikayətlərinə faktiki olaraq baxılmadığını göstərir. Şikayətlərin ictimaiyyətə açıqlanmaması isə əsaslandırılmış narazılıqların formalaşmasının qarşısını almağa yönəldiyi bildirilir.

Kimya müəllimləri məsələnin ciddiliyini dəfələrlə vurğulasa da, nazirliyin rəsmiləri bunu “xırda detal” kimi qiymətləndirərək, imtahan nəticələrinə təsir etmədiyini bildiriblər. Müəllimlərin müraciət etmədiyi media qurumu, üz tutmadığı televiziya kanalı qalmadığı halda, narazılıqların həllinə yönələn ciddi addım atılmayıb.

Məlumatda həmçinin qeyd olunur ki, elm və təhsil naziri Emin Əmrullayev, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direkotru Eşqi Bağırov və Elm və Təhsil Nazirliyi yanında Azərbaycan Respublikasının Təhsil İnstitutu Elnur Əliyev ictimai tənqidlərə məhəl qoymadan fəaliyyət göstərir və bu addımlarını açıq şəkildə elan edir.

Müəllimlər vurğulayırlar ki, illərin yetişdirdiyi yüksək pedaqoji təcrübəyə malik kimya müəllimləri və potensiallı kadrlar nazirliyin səhv və ədalətsiz qərarları ucbatından ciddi zərbə alıb. Eyni zamanda nazirliyin bəzi layihələrinin maddi qazanc məqsədli və effektli olmadığı da iddia edilir.

İctimaiyyət tərəfindən nazirliyin apellyasiya prosesindəki davranışı təhsilə zərbə və vətəndaşların hüquqlarının tapdalanması kimi qiymətləndirilir. Müəllimlər hesab edirlər ki, Nazirliyin fəaliyyəti yalnız xalq arasında ikrah hissi yaradır və təhsilə mənfi təsir göstərir./Təhsilmedia/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa