Əmanətlərə yeni vergi şərtləri

media-hightechnic-468x90

8063202_qAzərbaycanda əhalinin banklarındakı əmanətləri vergiyə cəlb oluna bilər

Azərbaycanın banklarında və digər kredit təşkilatlarında fiziki şəxslərin əmanətləri üzrə dividentlər yenidən gəlir vergisindən azad olunacaq. Bununla yanaşı, əvvəlki illərdən fərqli olaraq (vergi güzəştləri ilk dəfə 1999-cu ildə tətbiq edilib) əmanətçilərə qarşı vergi güzəştlərinin tətbiqi mexanimzi dəyişəcək.

Əgər indiyədək güzəştlər müəyyən müddətə (məsələn 3 illiyə) tətbiq edilirdisə, 2015-ci ildən qüvvəyə minəcək yeni qanunda müvəqqəti çərçivələr aradan qaldırılacaq. Bununla yanaşı, güzəştlərin xarakteri dəyişəcək, yəni əgər indiyədək güzəştlər əmanətlərin bütün məbləğinə aid idisə, bundan sonra vergi güzəştlərinin tətbiq ediləcəyi əmanətin məbləğinə məhduduiyyətlər qoyulacaq.

Bununla belə, hökumətdən hələki güzəştlərin məbləği dəqiqləşdirməyiblər. Lakin Azərbaycanda fikizi şəxslərin əmanətləri üzrə sığortalanan hissənin məbləğinin 30 min manatı keçmədiyini nəzərə alsaq, güman etmək olar ki, güzəştlər də məhz bu məbləğə qədər olan əmanətlərə tətbiq ediləcək. Yəni məbləği 30 min manatdan artıq olan əmanətlər vergiyə cəlb ediləcək. Artıq qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Mənbə qeyd edib ki, onun bu günlərdə qəbul ediləcəyi gözlənilir.Bu qərar (vergi gücəzştlərinin bu formada tətbiqi) bank sisteminə dəstək verməklə yanaşı, həm də kiçik əmanətçilərin hüquqlarının qorunması məqsədi daşıyır. Güzəştlərin bu formada tətbiqi nəticəsində belə əmanətçilər vergi güzəştlərinin ləğvindən narahat olmayaraq əmanətlərini banklarda arxayınlıqla saxlaya biləcəklər.

İqtisadçı ekspert Samir Əliyev də hesab edir ki, hökumət əmanətlərə tətbiq etdiyi güzəştlərin müddətini ən azı 2015-ci ilin sonunadək uzatmalıdır. Əks halda əmanət bazarında, ümumilikdə bank sektorunda narahatlıq yarana bilər. Onun sözlərinə görə, bank sektorunun çətinə düşməsi isə ölkə iqtisadiyyatına mənfi təsiri göstərəcək: “Hökumət sahibkarlığın timsalında qeyri-neft sektorunu inkişaf etdirmək niyyətində olduğunu bəyan edib. Bunun üçün real sektorun maliyyələşdirilməsinin vacibliyi vurğulanıb. Ölkə prezidenti 2015-ci ilin dövlət büdcəsi haqda qanunun tətbiqi barədə fərmanında Mərkəzi Bankı kredit faizlərinin aşağı salınması yönündə tədbirlərə çağırıb. Əmanətlərə vergi güzəştinin ləğvi bu tapşırığın yerinə yetirilməsini çətinləşdirəcək. Çünki kredit faizlərinin ucuzlaşmasını təmin edən amillərdən biri də məhz cəlb edilən resursların ucuzluğudur. Kredit portfelinin yarısını təşkil edən əmanətlərin bahalaşması öz növbəsində kredit faizlərini də bahalaşdıra bilər”.

Samir Əliyev deyib ki, 2013-cü ildə Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faiz dərəcəsini mərhələlərlə 12 faizdən 9 faizə salandan sonra əhalinin bir hissəsi vəsaitlərini geri çəkib, bir hissəsi isə yüksək faizə üstünlük verib. Nəticədə sığortalanmayan əmanətlərin payı bir ildə 34 faizdən 47,6 faizə qalxdı: “Bu müddətdə qorunmayan əmanətlərin həcmi 1,17 milyard manat artdı, qorunan əmanətlər isə 450 milyon manat azaldı. Hazırda 3,14 milyard manatlıq əmanət 9 faizdən yüksək, 3,42 milyard manat isə aşağı faizlə banklara qoyulub. Bu onu göstərir ki, mövcud faizlər əmanətçiləri qane etmir və onlar zəif bankların bağlanması məsələsinin gündəmdə olduğu dövrdə də riskə gedərək pullarını yüksək faizlə yerləşdirirlər. Faiz dərəcələrinin indiki səviyyədə saxlanması əhalini əmanət bazarından qaçıracaq. Belə vəziyyətdə özünə daha çox əmanət cəlb etmək üçün banklar faiz dərəcələrini artırmaq məcburiyyətində qalacaq. Bu isə əmanət bazarında faizləri artıracaq, o da ən azı kredit faizlərinin ucuzlaşmasının qarşısını alacaq”.

Ekspert hesab edir ki, hökumət əmanətlərə tətbiq edilən güzəştin müddətini uzatmalıdır. Samir Əliyevin fikrincə, 20 milyardlıq büdcə üçün 60 milyon manatı nə itirmək problemdir, nə də qazanmaq problemin həllidir: “Əmanətlərə verginin tətbiqi bank sektoru üçün gərginlik yaradacaq. Bir tərəfdən istehlak kreditləşməsinin məhdudlaşdırılması bankların gəlirini azaldacaq, digər tərəfdən vergi tətbiqinə görə əmanətlərin azalması onları əsas mənbədən məhrum edəcək. Ona görə də hökumət hansısa diferensiasiya tətbiq etmək istəyirsə, bunu ancaq xarici valyutada olan əmanətlərə tətbiq etməlidir. Bu, əhalini manatla daha çox əmanət yatırmağa stimullaşdırar”.

Samir Əliyev bunun başqa yolunun olduğunu da deyir. Onun sözlərinə görə, vergi əmanətin faiz dərəcəsinə tətbiq edilə bilər: “Məsələn, Rusiyada 18,25 faizdən yuxarı bütün əmanətlərdən vergi tutulur. Bizdə bu həddi 9 və ya 10 faiz götürmək olar. Bu, bank sektorunda faizlərin kəskin artmasına imkan verməz”.

(hafta.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600