Tramp Ronaldoya zəng etdi - SƏBƏB

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Tramp Portuqaliya və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo ilə telefon danışığı aparıb. 

Yenicag.az xəbər verir ki, bu barədə o, özünün “TruthSocial” sosial şəbəkəsində paylaşım edib.

Tramp Ronaldonu “böyük futbolçu” adlandırıb. ABŞ lideri bu həftə Ağ Ev və Oval Ofis turuna görə təşəkkür etmək üçün ona “indicə zəng etdiyini” deyib.

Xatırladaq ki, noyabrın 18-də Ronaldo Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səfəri şərəfinə təşkil edilən qala-ziyafətin xüsusi qonaqlarından biri olub.

Ronaldo milli komandaların, Avropa Çempionatlarının və Çempionlar Liqasının bütün zamanların ən yaxşı bombardiri və rəsmi oyunlarda 900 qola çatan ilk oyunçudur. Portuqaliyalı beş Çempionlar Liqası, 2016 Avropa Çempionatı və iki UEFA Millətlər Liqasının qalibi olub.

Ronaldo 2006-2022-ci illərdə ardıcıl beş Dünya Kubokunda qol vuran yeganə oyunçu olaraq qalır. Portuqaliya seçmə mərhələsini uğurla başa vurarsa, hazırkı seçmə kampaniya onun final turnirində yeddinci çıxışı ola bilər./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa