“Qobu Park 1″də zəhərlənənlərdən birinin vəziyyəti ağırdır

media-hightechnic-468x90

“Qobu Park 1” yaşayış massivində baş verən partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd olunub ki, yanğın baş verməsi səbəbilə ümumilikdə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onlardan 1 nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, dekabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla baş vermişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05