Əməliyyat: 32 şokaladın içərisindən qızıl çıxdı

media-hightechnic-468x90

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Yenicag.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokaladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa