Xalq artisti və iş adamı Emin Ağalarov şəxsi biznesindən söz açıb.
Yenicag.az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi “YouTube”da yayımlanan “Разборщик” (Sökücü) layihəsinə müsahibəsində təsisçisi olduğu “Sea Brezee” ailəvi-istirahət kompleksinə il ərzində suya xərclədiyi pulun məbləğini açıqlayıb.
“Burada su daşıyıcıları ilə bağlı problemləri həll etməyə çalışırıq. Bu həddən artıq çox puldur. Biz su alırıq. Alınan suya yay aylarında ayda təxminən 200-300 min dollar (340- 510 min manat) xərclənir. Bir ildə isə bu təxminən 1 milyon dollar ( 1,7 milyon manat) edir. Amma bu müvəqqətidir. Çünki bu ərazidə təkcə “Sea Brezee”də deyil, ümumiyyətlə, su və kanalizasiya da bu sahilə qədər uzanır. Müvafiq olaraq, gələn yaya qədər su və kanalizasiya mərkəzləşəcək”, – deyə Emin vurğulayıb.
Sözügedən görüntüləri təqdim edirik:
www.yenicag.az