Ərdoğan Livan Prezidenti ilə regional məsələləri müzakirə etdi

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Cozef Aunla telefon danışığı aparıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası “X” sosial şəbəsindəki səhifəsində məlumat paylaşıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə daim Livanın sabitliyini və suverenliyini müdafiə edir. O qeyd edib ki, Türkiyə Livanın təhlükəsizliyini dəstəkləyən beynəlxalq mexanizmlərdə iştirak etməyə hər zaman hazırdır.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi Suriyadakı böyük dəyişikliyin bölgənin sabitliyinə töhfə verməsi üçün dəstəyini davam etdirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa