“Ərdoğan və Əliyevin dostluğu iqtisadiyyatda möhtəşəm bir mərhələ açır” - Ahmet Aydın

media-hightechnic-468x90

“Türkiyə və Azərbaycan tarixin ən yaxşı nöqtəsindədir  həm diplomatiyada, həm də ticarətdə!”

Bu sözləri Yenicag.az-a açıqlamasında Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edən Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın deyib.

Ahmet Aydın bildirib ki, hər iki ölkənin dövlət başçıları arasındakı səmimi münasibətlər biznes dünyası üçün yaşıl işıqdır:

“Həm cənab Prezident Rəcəb Tayyib Ərdoğan, həm də cənab İlham Əliyev çox yaxın diplomatik və şəxsi əlaqələrə malikdir. Bu dostluq siyasətə, ticarətə və hər bir sahəyə birbaşa təsirini göstərir. Bu gün biz artıq iqtisadi münasibətlərdə möhtəşəm bir səviyyəyə doğru irəliləyirik”.

Ahmet Aydın iki ölkənin qlobal logistikadakı rolunu və strateji əhəmiyyətini xüsusi vurğulayıb:

“Türkiyənin Asiyaya açılması, Azərbaycanın isə Qərbə və Avropaya pəncərəsi olması baxımından hər iki ölkə çox mühüm mərkəzdə yerləşir. Dünyanın bəzi bölgələrində ciddi xaos və problemlər olsa da, Türkiyə-Azərbaycan əməkdaşlığı bu çətinlikləri dəf edərək güclü bir birlik nümayiş etdirir. Gələcəkdə daha böyük ticarət həcmi ilə bu qardaşlığı iqtisadi zəfərlərlə taclandıracağıq”.

Ətraflı videomaterialda:

Məsimə Məmmədova

Səxavət Əliyev 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa