AKP Aydın millət vəkili Seda Sarıbaş Ədalət və İnkişaf Partiyası (AKP) Ümumi Qərargahı tərəfindən Ar-Ge Bölməsinin sədr müavini təyin edilib.
Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2006-cı ildə “Miss Turkey” yarışmasında “Türkiyə gözəli” seçilən xanım deputatın yüksək vəzifəyə təyin olunması gündəm yaradıb.
Belə ki, o, bir müddət əvvəl Aydın vilayətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və onun əlini öpüb. Sarıbaşın bu hərəkəti mediada geniş müzakirələrə səbəb olub. Bunun fonunda “Türkiyə gözəli”nin yeni vəzifəyə təyin edilməsi diqqət çəkib.
Qeyd edək ki, İstanbulda doğulub boya-başa çatan Seda Sarıbaş 2006-cı ildə “Miss Turkey” gözəllik yarışmasının qalibi olub.
Modellikdən biznes idarəçiliyinə keçən Sarıbaş, Anadolu Universitetində Əmək İqtisadiyyatı üzrə bakalavr təhsilini, daha sonra Sosiologiya üzrə magistr təhsilini tamamlayıb.
Sarıbaş 2014-2018-ci illərdə AKP Aydın Böyükşəhər Bələdiyyə Məclis üzvü, 2016-2018-ci illərdə isə AKP Aydın İl Qadın Qolları sədri vəzifələrində çalışıb. O, iş adamı Sedat Sarıbaşla ailə qurub.
Seda Sarıbaş sonuncu dəfə 2023-cü il parlament seçkilərində AKP Aydın millət vəkili seçilib. /unikal