!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Qərb təhdidlərini BELƏ MALALADI: “İrəvan və Tehranı birləşdirən əsas amil...”

!Reklam – Yazi

“Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha vurğulayıb ki, ölkəsi İrana qarşı hər hansı bir addımda iştirak etməyəcək. Bunun əsas səbəbi isə iki ölkə arasında yalnız ticarət sahəsində deyil, eyni zamanda da isti münasibətlərin mövcud olmasıdır”.

Bunu Yenicag.az-la söhbətində britaniyalı politoloq Neil Uotson deyib.

Analitik Ermənistanın Baş naziri Nikol Paşinyanın İran İslam Respublikası Dövlət Televiziyasına verdiyi müsahibədə dövlət başçısının İrəvan-Tehran münasibətləri, habelə Qərbdən İrana olan təhdidlər barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

N. Uotson bəyan edib ki, İranda ermənilər ölkənin siyasi və sosial iyerarxiyasında mühüm rol oynayır, həmçinin bu ölkədə çox sayda erməni kilsəsi mövcuddur:

“Lakin İrəvan və Tehranı birləşdirən əsas amil onların Bakıya qarşı ortaq düşmənçilik mövqeyidir. Tehran məhz bu səbəbdən hər zaman Ermənistanı dəstəkləyib. İran üçün əsas problem isə Cənubi Azərbaycandakı hərəkatdır. Son dövrlərdə İranda hakimiyyət dəyişikliyi fonunda bu hərəkat daha da güclənib və müəyyən muxtariyyət perspektivi ilə gündəmə gəlib. Digər bir mühüm məqam isə Azərbaycanın İsraillə güclü müttəfiqlik münasibətlərinin olmasıdır. Yaxın Şərqdəki münaqişə, əsasən, ABŞ-nin dəstəklədiyi İsrail və İran arasında bir qarşıdurma kimi qəbul edilir”.

“Lakin vəziyyət dəyişməkdədir. Nəhayət, Rusiyanın öz maraqlarına uyğun himayəsindən qurtulan Ermənistan artıq Qərbə və beynəlxalq Qərb institutları ilə daha sıx əlaqələr qurmağa can atır. Eyni zamanda, son vaxtlar ABŞ prezidenti Donald Tramp Tehrana qarşı sanksiyaların aradan qaldırılması üçün müəyyən imkanların olduğunu bildirib. Bu, bir tərəfdən İranın siyasətindəki incə dəyişikliklərlə, digər tərəfdən isə ABŞ-nin İranın enerji ehtiyatlarına çıxış əldə etmək istəyi ilə bağlıdır. Hazırda bu ehtiyatların əsas alıcısı ABŞ-nin başlıca rəqibi olan Çindir. İran və Ermənistan yenidən eyni baxışı paylaşır və Rusiya ilə münasibətlərdə istənilən yumşalma ən çox bir ölkənin – ABŞ-nin xeyrinə işləyəcək”, – deyə mütəxəssis fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

254
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv